Türkiyədə beş gündür itkin düşən Pınar Güntəkin adlı xanımın cəsədinin tapıldıqdan sonra ölkəni şou dünyası yenə ayağa qalxıb.

Unikal.org xəbər verir ki, Muğlada yaşayan universitet tələbəsi 27 yaşlı Pınar Güntəkinin ölümü məşhurların hiddətinə səbəb olub. Hadisə, Betül Demir,  Ece Seçkin, Emre Karayel və Sıla Gençoğlu kimi məşhurlar öldürülən gənc qızla bağlı paylaşımlar ediblər. 

Qeyd edək ki, son günlər Türkiyə gündəmində ən geniş yayılan xəbərlərdən biri məhz qadınlar üzərində törədilən cinayətlərdir.