“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru, 74 yaşlı Abasağa İmanov koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib.

Onun sözlərinə görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq bir aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib:

"6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib. AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".