Azərbaycanda koronavirusla bağlı 19 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 8095 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 627 min 881-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 340, süni tənəffüs cihazında olan xəstə sayı 55-dir. Əvvəlki günlərlə müqayisədə reanimasiyada olan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb.

Hazırkı dövrədək ölkəmizdə 27 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib. Aktiv xəstə sayı 8200 nəfərdir.