“Bəhram Bağırzadənin vəziyyəti yaxşıdır”.

Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov deyib. O həmçinin bildirib ki, B.Bağırzadənin əhval-ruhiyyəsi yaxşıdır:

“Öz tənəffüsü bəs edir. Hələ ki, reanimasiyadadır”,- deyə o əlavə edib.