İyulun 14-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 584 min 466-ya çatıb.

Bu barədə Unikal.org-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8644 nəfərdir. Xəstələrdən 361 nəfəri reanimasiyadadır, onlardan 58-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 14-də Azərbaycanda koronavirus infeksiyasına daha 543 yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 25 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər dünyasını dəyişib.