"Aktyor bizik, amma fenomen olub qarşımızda oynayanlar var". Bu sözləri aktyor Cengiz Bozkurt deyib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sosial media ilə maraqlanmadığını deyən aktyor "Bir çox şeydən imtina edib aktyor olduq, amma fenomen olub qarşımızda oynayanlar var. Aralarında istedadı olanlar var amma əksəriyyəti bacarmır" - deyib. Cengiz Bozkurt həmçinin bildirib ki, 2-3 ildən sonra bu fenomenlərin heç biri xatırlanmayacaq.