"Avroviziya" təmsilçimiz, müğənni Səmra Rəhimli sosial şəbəkə hesabından son paylaşımı ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki,  müğənni yeni albomu üçün çəkilən fotoları "İnstagram" səhifəsində sərgiləyib.

""GÖZ" albomumun "track"larini sizə təqdim etmək üçün səbrsizlənirəm. Yerin altını, üstə çevirəcəyik BANDAMLA", - o, paylaşımını şərh edib.

İfaçının alnında göz şəkli olan görüntüsü izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar Səmranı bu görünüşünə görə tənqid ediblər.