ABŞ COVID-19 pandemiyasının mərkəzi və ən çox itki yaşadığı ölkə olmaqda davam edir.

Unikal.org  “Worldometer”saytına istinadən xəbər verir ki,  son 24 saatda ölkədə  koronavirusa yoluxan insanların sayı 6 210 artaraq 3 160 321-ə yüksəlib.

Bundan əlavə ABŞ-da COVID-19 səbəbindən ölənlərin sayı son sutkada 906 nəfər  artaraq 134 924-ə çatıb.