ABŞ-da “Glee” serialı ilə tanınan 33 yaşlı aktrisa Naya Rivera Kaliforniya ştatında Piru gölündə itkin düşüb.

Unikal.org xəbər verir ki, 4 yaşlı oğlu ilə birlikdə qayıq kirəyələn məşhur aktrisa göldə səyahətə çıxıb. 

Daha sonra göldə yalnız qalmış azyaşlı ərazidə olan qayıqçı tərəfindən  xilas edilib.  Hadisə yerinə polis cəlb olunub.   Azyaşlının polislərə ifadəsində anasının göldə üzməyə başladığını və geri qayıtmadığını bildirib.  

Naya Riveranın axtarışı davam etdirilir.