Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artaraq 12 milyon nəfəri keçib.

Unikal.org "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxanların sayı 12 milyon 34 min 13, pandemiya qurbanlarının sayı isə 548 min 395 nəfərdir.

İndiyədək 6 milyon 958 min 688 koronavirus xəstəsi sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.