AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı aparıcının özü sosial şəbəkə hesabında yazıb.

O, müalicəsinin tam başa çatdığını bildirib. Bundan başqa, AzTV-nin COVID-19-a yoluxmuş əməkdaşlarının vəziyyəti yaxşıdır. Telekanalın yaydığı məlumata görə, əməkdaşlardan bəziləri artıq sağalaraq evə buraxılıb, bəzilərinin isə müalicəsi davam etdirilir.