ABŞ-ın Nyu-Cersi ştatında silahlı atışma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Paterson şəhərində qeydə alınmış hadisə nəticəsində 7 nəfər yaralanıb.

Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilib.

Qeyd olunur ki, atəş açan şəxs avtomobillə hadisə yerindən uzaqlaşıb. Hazırda polis həmin şəxsin axtarışlarını davam etdirir.