Türk aktrisası Feyza Civelek 6 ay 7 gün həbs cəzasına məhkum edilib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa 2018-ci ildə spirtli içki qəbul etdiyi halda sükan arxasına keçdiyi üçün onu saxlayan polislərə hücum edib. Əlini dişlədiyini iddia edən polis aktrisanın 10 il həbsini tələb etsə də, qanunla Feyza Civelek 6 ay 7 gün həbs cəzasına və 9080 TL (2250 AZN) cəriməyə məhkum edilib.