Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.
Unikal.org xəbər verir ki, Xankəndi şəhərində koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.
Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 141 nəfərə çatıb.
Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.