Country (Kantri) və kantri-rok musiqisinin ən məşhur nümayəndəsi, amerikalı musiqiçi, müğənni Çarlz Edvard Deniels vəfat edib.

Unikal.org xəbər verir ki, ötən gün dünyasını dəyişən 83 yaşlı musiqiçinin ölüm xəbəri bu gün yayılıb.

 Çarlz Edvard Denielsin ölümünə səbəb beyninə qan sızması və insult keçirməsi olub.

"The Devil Went Down to Georgia" hiti ilə daha çox məşhur olan müğənni və musiqiçi, 1979-cu ildə "Qremmi"" mükafatının sahibi olub.