Xaçmazda bədbəxt hadisə baş verib.

Unikal.org APA-ya istinadən xəbər  verir ki, hadisə İstisu qəsəbəsində qeydə alınıb. 2018-ci il təvəllüdlü Allahverdili Aylin Abbas qızı hovuza düşərək boğulub.

Qeyd edək ki, hovuzda boğulan azyaşlı Şimal Ərazi Baş Gömrük İdarəsinin şöbə rəisinin qızıdır.

Faktla bağlı araşdırmalar aparılır.