Alp dağlarının İtaliya hissəsində buzlaqlar çəhrayı rəngə boyanıb.

Unikal.org xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Alimlərin sözlərinə görə,  Prezena buzlağının belə bir rəngə boyanmasına səbəb “Ancylonema nordenskioeldii” yosunlarıdır.

Tədqiqatçılar bildirirlər ki, yosunlar buzların əriməsini sürətləndirdiyi üçün, bu təzahür ekologiyaya mənfi təsir edəcək.

Hazırda bu yosunların Alp buzlaqlarında necə yaranması ətrafında mübahisələr gedir.

Adətən, buz Günəş şüasının 80 faizini geri atmosferə əks etdirir. Lakin yosunlar buzu örtəndə, o, istiliyi özünə hopduraraq, sürətlə əriməyə başlayır.