Məşhur müğənni Elton Conun yarım əsrlik yaradıcılığının şərəfinə 1 000 funt sterlinq (1247 dollar) nominalında olan qızıl xatirə sikkəsi buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sikkə Böyük Britaniyanın Kral sikkəxanası tərəfindən hazırlanıb.

Rəssam Bredli Morqan Consonun dizaynı ilə hazırlanan pulun üzərində saman papaq, iki not formasında yumru eynək və "kəpənək" qalstuk təsvir olunub, ortadan isə "Elton John" yazısı yazılıb.

Mütəxəssislər hesab edirlər ki, sikkənin hərrac dəyəri 68 min funt, və ya 85 min dollardan çox olacaq.

Eyni şəkil bir sıra digər sikkələrin üzərinə də vurulub. Onlardan ən ucuzu 5 funt (6.2 dollar) nominalındadır və satışa 13 funta (16.2 dollara) çıxarılacaq.