Şərqi Avropada koronavirusla bağlı vəziyyət mürəkkəbləşir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19-un yayılmasının yeni dalğası Bolqarıstanda, Albaniyada və keçmiş Yuqoslaviya ölkələrində təzahür edib.

Bundan başqa, cəmi bir neçə həftə əvvəl virusdan azad elan edilən Monteneqroda koronavirusa yoluxma hallarının kəskin yüksəlməsi qeyd olunub.