Rusiyanın “Torpedo” stadionunda iyunun 4-də keçirilən məşq zamanı 16 yaşlı qapıçını ildırım vurub.

Unikal.org xəbər verir ki, “Znamya Truda” klubunun idmançısı İvan Zaborovski hazırda reanimasiya şöbəsindədir.

Bədbəxt hadisə futbolçu topa zərbə endirməyə çalışan zaman baş verib.