Üç ay öncə koronavirusa yoluxan məşhur aktyor Nik Kordero dünyasını dəyişib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı  həyat yoldaşı aktrisa Amanda Kluts sosial media hesabında paylaşıb. 

"Allahın indi cənnətdə başqa bir mələyi var. Sevgili həyat yoldaşım bu sabah vəfat etdi. İnana bilmirəm. Onsuz həyatımı xəyal belə edə bilmirəm. Səni sonsuzadək sevəcəyəm", - deyə aktrisa qeyd yazıb.

Xatırladaq ki, 3 ay öncə koronavirusa yoluxan və vəziyyəti ağırlaşan aktyor Nik Korderonun daha öncə sağ ayağı kəsilmişdi.