Rusiyada son sutka ərzində 6 611 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 687 862 nəfərə çatıb. Qeyd olunub ki, son sutkada 135 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının ümumi sayı 10 296 nəfərə yüksəlib.

Ümumilikdə isə 454 329 pasiyent koronavirusdan sağalıb.