Türkiyənin Bursa-Ankara yolunda hərəkətdə olan toyuq yüklü TIR yol kənarındakı baryeri aşaraq, aşağı yuvarlanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada yaralanan sürücü TIR-dan çıxarılaraq xəstəxanaya yerləşdirilib. TIR-da olan 15 min toyuğun beş mini tələf olub. 

Qəza ilə bağlı araşdırma başlayıb.