Gürcüstanda son sutka ərzində 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, bununla aşkar edilmiş ümumi yoluxma sayı 951-ə çatıb.

Unikal.org “Stop.CoV” saytına istinadən xəbər verir ki, indiyədək 828 nəfər sağalıb, 15 xəstə vəfat edib.

Hazırda koronavirus səbəbilə 3569 nəfər karantində saxlanılır, 199 nəfər isə stasionar şəraitdə müalicə alır.