Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur.

Unikal.org-a qurumun mətbuat xidmətindən verilən xəbərə görə, dezinfeksiya işləri şəhərin kənar hissələrindəki yaşayış məskənlərində də həyata keçirilir. Bu gün "Sumqayıt stansiyası", "Yaşıl dərə" yaşayış məskənlərində yollar dezinfeksiya edici məhlullarla yuyulub. 

Qeyd edək ki, şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində, yaşayış binalarında və insanların daha çox istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.