ABŞ-da polis zorakılığından ölən qaradərili amerikalı Corc Floyd üçün nümayişlərdə 15 ilə 26 milyon arasında insan iştirak edib. 

Unikal.org xəbər veriur ki, ölkə daxilində 4 700-dən çox etiraz aksiyası təşkil edilib.  Etirazlarla bağlı araşdırma aparan Kaiser Ailə Vəqfinin verdiyi məlumata görə, 8-14 iyun tarixləri arasında ölkə daxilindəki nümayişlərdə 26 milyon insan iştirak edib.

Digər sorğu şirkəti “Civis Analytics”in məlumatına görə, 12-22 İyun tarixləri arasında nümayişlərdə 23 milyon adam iştirak edib. 

Anketin nəticələrini qiymətləndirən “New York Times” qəzeti, Corc Floydun ölümündən sonra başlayan etirazların ABŞ tarixindəki ən böyük iştirakçı hərəkət olduğunu iddia bildirib.