Saatlıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonu Qıraqlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Rövşən Baladayı oğlu  Əliyev qonaq getdiyi evdə özünü asaraq intihar edib.

R.Əliyevin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.