"Bu gün ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır”.

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bu, xəstəliklə bağlı müraciətin gecikməsi və ağırlaşma ilə bağlıdır : "Bu zaman yoluxma PZR testlərlə aşkarlanmaya bilir. Evdə müalicə nəticəsində belə fəsadlar yaranır”.