Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 10 milyon 919 min 516 nəfərə çatıb.

Unikal.org  "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 521 min 388 nəfərdir.

İndiyədək 6 milyon 106 min 402 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.