Hindistanın Ballari bölgəsində koronavirusdan ölən insanların toplu şəkildə çuxura atılması görüntüləri yayımlanıb. 

Unikal.org xarici KİV -ə istinadən xəbər verir ki, görüntü barəsində mətbuata açıqlama verən hindistanlı siyasətçi Doddalaha Şivakuma hadisə yerinə aidiyyatı qurumların cəlb edildiyini və hadisə ilə əlaqədar istintaq işlərinin  başladıldığını bildirib. 

Qeyd edək ki, Hindistan koronavirus pandemiyasından ən çox əziyyət çəkən 4-cü ölkədir. İndiyə kimi ölkədə 606 mindən çox yoluxma halı qeydə alınıb.