Danimarkada Futbol üzrə Kubokun Olborq və Senneryuysk arasında baş tutan final görüşündə fanatlar sosial məsafəni gözləmədikləri üçün polis dəyənəkləri işə salmalı olub. 

Unikal.org xəbər verir ki, bu barədə “Isport.ua” yazır.

Klubların hər birinə sosial məsafənin gözlənilməsi şərti ilə 725 bilet verilmişdi. Lakin Olborqun fanatları bu şərti qulaqardına vuraraq, oyunu birgə izləməyə üstünlük verib. 

Nəticədə 30-cu dəqiqədə matç dayandırılıb. Klubun nümayəndələri azarkeşləri ayrılmış yerlərdə oturtmağa çalışsa da nəticə əldə edə bilməyiblər. Məsələyə polis müdaxilə etməli olub və fanatlar dəyənəklər işə salınaraq stadiondan çıxarılıb.