Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 106 nəfər test edilib.
TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, indiyədək  ölkədə 468 967 nəfər koronavirusa qarşı test edilib.
 
Ölkədə 534 yeni yoluxma, 5 ölüm qeydə alınıb.
 
Qeyd edək ki, indiyədək ölkəmizdə 16 424  nəfər virusa yoluxub, 198 nəfər  ölüb, 9 026  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 200  nəfərdir.
 
Məlumata görə, hazırda reanimasiyada 209 nəfər müalicə alır, 36 nəfər isə süni tənəffüs cihazına qoşulub.