2018-ci il avqustun 10-da Xırdalan şəhər Təcili Tibbi Yardım stansiyasından Binəqədi RPİ-nə Biləcəri qəsəbəsindən ağır xəsarətlərlə gətirilən 1993-cü il təvəllüdlü Cavid Həmzəyevin vəfat etməsi barədə məlumat verilib.

Unikal.org BakuTv-yə istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, mərhum bir müddət əvvəl dostları ilə “Aşıqlar” adlı kafedə olub.

Onlarla kafenin işçiləri arasında baş vermiş dava zamanı Həmzəyev döyülüb və həyatını xilas etmək mümkün olmayıb. 

Şübhəli şəxs qismində kafenin inzibatçısı Elçin Nəcəfov və sürücüsü Xaliq Mustafayev saxlanılıblar.