Azərbaycanda koronavirusla bağlı 23 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6464 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 432 858-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 168, süni tənəffüs cihazında olan xəstə sayı 32-dır.