Azərbaycanda koronavirusla bağlı 21 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4947 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 422049-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 165, süni tənəffüs cihazında olan xəstə sayı 37-dir.

Hazırkı dövrədək ölkəmizdə 12729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib. Aktiv xəstə sayı 5776 nəfərdir.