Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə apa-ya şair özü məlumat verib.

Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib:

"Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".

Xatırladaq ki, bir neçə gün əvvəl yazıçı-şair Şəhriyar Del Gərani də koronavirusa yoluxmuşdu.