"Gələcəkdə COVID-19 pasportları ilə birlikdə yaşamağı öyrənməliyik. Amma bir şərtlə ki, bugünkü tələblərə əməl edək".

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bundan sonra təxminən 1 il yarım, 2 il ərzində münasibətlər belə davam edəcək.