Bakıda karantin qaydaları avtobuslarda da pozulmaqda davam edir.

Bununla bağlı Unikal.org insanların hər gün sıx toplaşdığı "20 yanvar", "N. Nərimanov", "Şamaxinka" adlanan ərazilərində çəkiliş edib.

Belə ki, cərimələrin tətbiq olunmasına baxmayaraq hələ də dayanacaqlarda və ictimai yerlərdə  tibbi maskadan istifadə etməyənlər var.

İctimai nəqliyyata cavabdeh olan qurumun fəaliyyətsizliyi isə açıq-aşkar göz qabağındadır. Bakı Nəqliyyat Agentliyi maarrifləndirici layihələr həyata keçirməklə işini bitmiş sayır. Lakin sözügedən qurum nəzarətedici mexanizm həyata keçirə bilmir.