Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqram 110 qram narkotik vasitə olan heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd satışı qadağan edilən psixotrop tərkibli “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.