Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb.

Unikal.org xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u bu il Qurban bayramıdır:

"Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək.

Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir”.