Türkiyədə son sutka ərzində daha 28 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 489-a çatıb. Eyni zamanda son gündə 1 141 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, Türkiyədə "Covid-19"a yoluxanların ümumi sayı 162 120-yə yüksəlib.

Qeyd edək ki, onlardan 125 963 nəfəri müalicə olunaraq sağalıb.