“Hansısa rayonda koronavirus ocağı aşkarlanarsa, o rayonun qapadılması və xüsusi karantin rejiminin tətbiqi mümkündür”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bu məsələyə selektiv yanaşılacaq.