İstanbulun Başakşehir rayonunda yerləşən fabriklərin birində partlayış baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  partlayış fabrikin qazanxana bölümündə olub.

İlkin məlumata əsasən, bir nəfər həlak olub, iki nəfər dağıntılar altında qalıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub.