Ötən mövsümün sonunda "Qəbələ" futbol klubundan "Neftçi"yə keçən Stiven Jozef-Monroz hazırkı komandasından da ayrıla bilər.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, fransalı hücumçu maaşının artırılması tələbi ilə çıxış edib. Klubla hələ birillik müqaviləsinin olmasına baxmayaraq, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rusiyadan təkliflər gəlib.

Futbilçu Fransanın "Lans”, "Şatoru”, "Brest”, Belçikanın "Kortreyk” və "Genk” komandalarında çıxış edib. Belçika və Azərbaycan kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.