İngiltərənin “Morkam” klubunun futbolçusu Kristian Mbulu vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə 4-cü liqa klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçunun ölümünün səbəbi haqda açıqlama verilməyib.

Mbulu, karyerası ərzində İngiltərədə “Brentvud”, “Milluoll”, “Breyntri”, “Kryu Aleksandra”, Şotlandiyada isə “Moteruell” klubunun formasını geyinib.