İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətinin Gəçsaran rayonunun Doqonbədan şəhəri ətrafında 5,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 13:41-də 10 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. Qeyd edək ki, 7 mayda İranın Tehran vilayətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.