İranda son sutka ərzində daha 58 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 7417 nəfərə çatıb. Eyni zamanda, son gündə 2180 yeni yoluxma faktıqeydə alınıb və indiyə qədər "Covid-19"a yoluxanların ümumi sayı 135 701 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 105801 nəfər sağalıb.

Hazırda virusa yoluxanlardan 2615 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.