ABŞ Hərbi Hava Qüvvələrinin yüksək səviyyəli hərbi qulluqçusu saxlanılıb.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun yol hərəkəti qaydalarını kobud şəkildə pozması olub. Belə ki, Michael Alexander adlı hərbçi saatda 180 kilometr sürətlə motosiklet idarə edərkən görüntülənib.

Həmin video yerli mətbuatda yayılıb. Yüksək sürətlə nəqliyyat vasitəsi idarə edən 24 yaşlı yüksək rütbəli şəxs polis tərəfindən saxlanılıb.