Mayın 23-ü  saat 16:00-a olan məlumatına əsasən respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.