Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının əməkdaşları arasında koronavirus aşkarlanıb. 

Unikal.org "ATV xəbər"ə istinadən bildirir ki, bu səbəbdən ATV telekanlının rəhbərliyi məsələyə dərhal reaksiya verib və müvafiq tədbirlər həyata keçirib. Telekanalın təşəbbüsü ilə digər əməkdaşların da koronavirus testindən keçirilməsi üçün televiziyaya tibbi briqada dəvət olunub.

"İlkin olaraq, 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirlər", - məlumatda deyilir.